“Morqda yüzlərlə erməni əsgərin qalıqları var” NAREK MANTAŞYAN

“Morqda yüzlərlə erməni əsgərin qalıqları var” NAREK MANTAŞYAN

Abovyan adına Tuberkuloz Xəstəxanasının morqunun döşəməsində yüzlərlə əsgərin plastik torbalara qoyulmuş cəsədləri var. SİA xəbər verir ki, bu sözləri “Alternativ” ictimai təşkilatının rəhbəri Narek Mantaşyan “Mediaport” telegram kanalına istinadən mayın 31-də öz Facebook səhifəsində yazıb.

“Zibillər, bununla fəxr edirsinizmi? Valideynlər indi meyitxanaya girməyə çalışırlar, amma buna da mane olursunuz. Polis əsgərlərin cəsədləri olmadığını iddia edərək ölən əsgərlərin valideynlərini aldatmağa çalışaraq girişi bağlayıb”, deyə Narek Mantaşyan öz sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatları nəticəsində başlayan və 44 gün davam edən müharibə Ermənistanın rüsvayçı məğlubiyyəti, təslim sənədini imzalaması, saysız-hesabsız hərbçi, hərbi texnika, silah-sursat, vəsait itgisi ilə nəticələnib. Amma Ermənistan hakimiyyəti bütün bunları, ələlxüsus hərbçilərin itgisini, yəni ölüm sayını ciddi şəkildə gizlədib. Məsələ burasındadır ki, övladlarının ölümü ilə barışmayan valideyinlərlə yanaşı hələ də övladlarının guya itgin düşdüyü xəbərini alan, əslində isə ölən övladlarının cəsədləri gizlədilən saysız-hesabsız erməni var. İctimai təşkilat rəhbərinin sözlərindən məlum olur ki, Ermənistan hakimiyyəti hələ də erməni hərbçilərin cəsədlərini gizlətməkdə davam edir və buna maraqlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə