Ermənistanda nələr baş verir? - XİN RƏSMİLƏRİ İSTEFA VERDİLƏR

Ermənistanda nələr baş verir? - XİN RƏSMİLƏRİ İSTEFA VERDİLƏR

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsindən istefa verib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qurumun mətbuat katibi Anna Naqalyan bu barədə öz "Facebook" səhifəsində yazıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan öz sosial şəbəkə hesabında istefa etdiyini açıqlayıb.

“Artıq Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra etmədiyimi bildirirəm”, deyə o öz "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, 27 may tarixində istefa ərizəsini xarici işlər naziri Ara Ayvazyan və onun müavini Qaqik Qalaçyan da yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə