Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsidir FOTOLAR
YAP Kəlbəcər rayon təşkilatının gənclər birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
YAP Kəlbəcər rayon təşkilatının gənclər birliyinin sədri Hikmət Bağırov, gənclər təşkilatının üzvü Anar Əhmədov, şəhid valideynlər Səlyəddin Bəylərov, Həşim Muxtarov, Nizami İlyasov, Dağıstan Məmmədov, Hidayət Şəfiyev, Məzahir Əhmədov, Şükufə Həmzəyeva, Mahir Məmmədli, Kamil Abdullayev, Əmrah Mikayılov, Habil Atayev, Nəcəf Mustafayev, Fizuli Məhərrəmli Hərbi Qənimətlər Pavrkını ziyarət ediblər.YAP Kəlbəcər rayon təşkilatının gənclər birliyinin sədri Hikmət Bağırov Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğulayıb.
Qeyd edib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun şanlı Qələbəsinin bir növ canlı muzeyidir, xalqımızın qürur mənbəyidir: "Müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevin iştirakı ilə aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirən bir mesajdır, həm də, Ermənistana növbəti “Dəmir yumruq” xəbərdarlığıdır. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və qüdrətli dövlətlərinin 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini dayandıra bilməməsi və ya buna bilərəkdən şərait yaratmaları beynəlxalq aləmdə baş alıb gedən ikili standartların nəticəsi idi. Ancaq dövlətimizin başçısının dediyi kimi, işğal əbədi ola bilməzdi. Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunması üçün bütün vasitələrdən istifadə edirdi. Dünyanın 50 ən güclü ordusu sırasında olan Silahlı Qüvvələrimiz işğal altında olan ərazilərimizi öz gücü ilə azad etmək iqtidarında idi".
H.Bağırov onu da bildirib ki, bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Bir faktı da qeyd edək ki, biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq: «Aprelin 12-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Parkın açılışı baş tutdu. Cənab Prezidentin orada səsləndirdiyi fikirlər, eyni zamanda, 44 günlük müharibə dönəmində xalqımızın göstərdiyi birlik bugünkü Hərbi Qənimətlər Parkının yaradılmasının əsas səbəbidir. Hesab edirəm ki, bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək.”YAP Kəlbəcər rayon təşkilatının GB-nin sədri onu da bildirib ki, biz bu gün burada döyüş meydanında düşməndən alınan qənimətləri yaxından izlədik: “Düşünürəm ki, yeni dövr tariximiz digər təşkilatların nümayəndələri üçün də maraqlı olmalı, onlar da bu unikal Parkı ziyarət etməlidirlər.”Şəhid valideynlər də qürur hissilə bildiriblər ki, Hərbi Qənimətlər Parkı Ermənistanın işğalçılıq əməllərinin aynası olmaqla, həm də Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərinin bütövlüyünü Vətən müharibəsi nəticəsində Azərbaycan oğullarının qanı və canı bahasına təmin etdi. Şəhid valideynləri Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında onların övladlarının da iştirakından qürur duyduqlarını, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlətin, xüsusilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiriblər. Qeyd ediblər ki, gənclərimiz mütəmadi olaraq bu parkı ziyarət etməli, düşmənin kapitulasiya olduğunu, igidlərimizin şücəatinin şahidi olmalıdırlar. Çünki bu Park bizim gənclərimiz üçün bundan sonra da inam nöqtəsi olacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB