Zərdab rayonunda 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Zərdab rayonunda 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Zərdab rayonunda 28 May Respublika Günü ilə əlaqədar videoformatda tədbir keçirilib. Tədbir iştirakçıları pandemiya qaydalarına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzdükdən sonra Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgiyə baxış keçiriblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcud olduğu 23 ay ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. O, həmçinin çıxışında respublikamızın 18 oktyabr 1991-ci il tarixdən dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bu siyasətin Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib və bildirib ki, hazırda ölkəmiz sosial-iqtisadi inkişafının sürətinə görə dünya dövlətləri arasında öncül yerlərdən birini tutur.

Daha sonra, YAP Zərdab rayon təşkilatının fəal üzvləri Gülağa İsgəndərov, Teyyub Xəlilov, Natəvan Kərimova, Vəfa Bayramova və digərləri 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını söyləyərək, mövcud olduğu 23 ay ərzində Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olunduğunu, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanındığını, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, nizami milli ordunun, təhlükəsizlik strukturlarının yaradıldığını diqqətə çatdırıblar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə