Məşhur Məmmədov: “Müzəffər Lider verdiyi hər bir sözün arxasında qətiyyətlə durur”
“Ötən il torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi xalqımızın müasir və müstəqillik tarixinin böyük hərbi-siyasi uğuru oldu. Azərbaycan Prezidenti bütün təzyiqləri sərkərdə qətiyyəti ilə dəf etdi və hər zaman bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Eyni zamanda, dövlət başçısı hər zaman bildirib ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan Ordusu öz sözünü deyəcək. Beləliklə, İlham Əliyev necə demişdisə, elə də oldu. Ermənistanın sülh danışıqlarını pozmasından və cəbhə xəttində hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. İndi işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa olunur, şəhər və kəndlərimiz yenidən qurulur. Bu məsələdə də ölkə ictimaiyyəti ilk gündən Prezident İlham Əliyevin qətiyyətini görməkdədir. İlham Əliyevin ötən ilin noyabrından işğaldan azad olunmuş ərazilərə ardıcıl olaraq səfər etməsi göstərir ki, dağıdılmış yurd yerlərimizin bərpası prioritet vəzifələr sırasındadır.
Düşmənin illər boyu vurduğu yaraların hamısı sağalacaqdır. Prezident İlham Əliyevin xüsusi qayğısı və qətiyyəti nəticəsində işğaldan azad olunmuş torpaqlara yeni nəfəs gələcək və Qarabağ əvvəlki şöhrətini bərpa edəcəkdir. Prezident İlham Əliyev mayın 28-də işğaldan azad edilən Ağdama səfəri zamanı, məhz Respublika Günündə Ağdam ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhərin Baş Planını təqdim etməsi, sözün əsl mənasında, məhz Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanmasının göstəricisidir”. Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.
M.Məmmədov vurğulayıb ki, dövlət başçısı Ağdam ictimaiyyəti ilə görüşü zamanı bildirdi ki, Respublika Gününü Ağdam şəhərində qeyd etməyimizin çox böyük rəmzi mənası var: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək”.
M.Məmmədov onu da bildirib ki, Azərbaycan Prezidenti son 18 illik prezidentlik fəaliyyəti müddətində həmişə xalqı ilə bir olub, əldə olunan bütün uğurları xalqı ilə bölüşüb: “Elə Ağdama səfəri zamanı və səfər zamanı rayonunun ictimaiyyəti Baş Planını təqdim etməsi və bu Baş Planınla tanınmış şəxslərin tanış olmasını deməsi bu deyilənləri göstəricisidir. Prezident qeyd edib ki, bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi: «Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.
“Göründüyü kimi, son 18 il öncə deyilənlər bu gün öz nəticəsini verib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 18 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür»,-deyə millət vəkili onu da vurğulayıb ki, həmişə öz torpaqlarımıza qayıdacağımız günün baş tutacağına inanırdım: «Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq. Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil». Bax, budur uğurlu siyasət! «Əsl iyasət konkret real iş görməkdən ibarətdir» deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır. Və dövlət başçısının işğaldan azad olunmuş torpaqlara hər tarixi səfərləri bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim xalqının yanındadır. Və indi işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa olunur, şəhər və kəndlərimiz yenidən qurulur. Prezidentin Ağdama işğaldan azad olunmuş torpaqlara səfəri də dövlət başçımızın xüsusi qayğısı və qətiyyəti nəticəsində işğaldan azad olunmuş torpaqlara yeni nəfəs gələcək və Qarabağ əvvəlki şöhrətini bərpa edəcəkdir: «Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin bu dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər etməsi, Ağdam şəhərinin baş planı təqdim olunması, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak etməsi, Şahbulaq qalasında, Qiyaslı məscidində, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olması, bərpaları barədə göstərişlər verməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti akkordlarıdır. Bu gün artıq hər kəs əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq”.
Ölkə Prezidentinin də qeyd etdiyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB