İran Ermənistana xəbərdarlıq etdi Arazı çirkləndirmə!

İran Ermənistana xəbərdarlıq etdi Arazı çirkləndirmə!

Rza Ərdakanian: "İranın energetika nazirliyi erməni sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınması üçün ciddi iradə nümayiş etdirib"

“İran müxtəlif tədbirlərdə müvafiq qaydalar çərçivəsində Ermənistana Araz çayını çirkləndirməsinə görə xəbərdarlıq edib”. SİA xəbər verir ki, bunu İranın energetika naziri Rza Ərdakanian Araz və Mil-Muğan platininin Azərbaycanla birgə işlənməsi ilə bağlı keçirilən 50 illik tədbirində deyib.

Onun sözlərinə görə, son illər İranın energetika nazirliyi erməni sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınması üçün ciddi iradə nümayiş etdirib.

Nazir əlavə edib ki, Araza axıdılan tullantıların qarşısının alınması üçün Ermənistan tərəfindən atılan addımlar hələ ki, qaneedici deyil. “İran, Azərbaycan, Türkiyə və Ermənistan Araz çayının çirklənməsinin qarşısının alınması, eləcə də suyun keyfiyyətinin qorunması üçün dördtərəfli görüş keçirməyi planlaşdırır. Ümid edirik ki, görüş yaxın vaxtlarda İranda keçiriləcək”, Rza Ərdakanian bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə