Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında çıxış edib

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında çıxış edib

ozərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında və Hərəkatın 50-illik yubileyinə həsr olunmuş görüşdə iştirakı davam edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İndoneziyada, eyni zamanda Filippin və Timor-Lestedəki Səfirliyindən daxil olan məlumata əsasən, bu gün nazir E.Məmmədyarov Malayziyanin xarici işlər naziri Datuk Anifah Aman və Timor Lestenin xarici işlər naziri Zacarias Albano Da Kosta ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

E.Məmmədyarov Konfransın yekun iclasında Qoşulmama Hərəkatına üzv olan Avropa dövlətləri qrupu adından çıxış edib. Nazir öz çıxışında: "Qoşulmama Hərəkatı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinin daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlavə platform olacaqdır"- deyə söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə