Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

SİA-nın xəbərinə görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Mərasim başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstiqlaliyyət küçəsində və metronun "İçərişəhər" stansiyasının ətrafında görülmüş işlərlə tanış oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə