78 millət vəkili yaz sessiyasının uzadılmasını istəyib

78 millət vəkili yaz sessiyasının uzadılmasını istəyib

Milli Məclisin yaz sessiyasının müddətinin uzadılması ilə bağlı 78 millət vəkili tərəfindən parlament Aparatına müraciət daxil olub. SİA-nın məlumatına görə, bu barədə spiker Oqtay Əsədov bildirib. Onun sözlərinə görə, sessiyanın müddətinin uzadılmasına səbəb kimi bir sıra qanunların bu sessiya müddətində qəbul edilməsi göstərilib. Sessiyanın müddətinin artırılması barədə qərarın Milli Məclisin mayın 31-də keçirilməsi planlaşdırılan iclasında qəbul edilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə