28 may –Respublika Günü ilə bağlı məqalə yayımlanıb - Serbiya xəbər portalında

28 may –Respublika Günü ilə bağlı məqalə yayımlanıb - Serbiya xəbər portalında

Serbiyanın "danas.rs" xəbər portalında 28 may –Respublika Günündən bəhs edən məqalə yayımlanıb. SİA xəbər verir ki, məqalədə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində əlamətdar hadisənin baş verdiyinə, müsəlman dünyasında ilk dünyəvi, demokratik, çoxpartiyalı sistemə malik Azərbaycan Demokratik Respublikasının (ADR) qurulduğuna diqqət çəkilib. ADR-in yaranma tarixi və fəaliyyəti barədə müfəssəl məlumat verilib, dövlət atributlarının, demokratik institutların yaradılması, fundamental azadlıqların təmin olunması istiqamətində əldə edilən nailiyyətlər sadalanıb.

Dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ADR-in siyasi və hüquqi varisi olan müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin olunmasında misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qürur hissi ilə Qarabağa böyük qayıdışa hazırlaşdığı nəzərə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə