Filip Lorens Respublika Günü münasibətilə Kanada parlamentində çıxış edib
Kanada-Azərbaycan Dostluq qrupunun sədri, Kanada parlamentinin üzvü Filip Lorens 28 may- Azərbaycanın Respublika Günü münasibətlə Kanada parlamentində çıxış edib.
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, F.Lorens çıxışında bu əlamətdar günün tarixindən söz açıb. Azərbaycanın türk və İslam aləmində ilk demokratik dövlət olduğunu bəyan edərək, bütün vətəndaşlarının dinindən, milli mənsubiyyətindən asılı olmayaraq siyasi və digər hüquqlarını təmin etdiyini bildirib.
Filip Lorens müstəqilliyinin bərpasından sonrakı illərdə isə Azərbaycanın “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində Kanadanın mötəbər müttəfiq olduğunu da xüsusi ilə vurğulayıb.
Qeyd edək ki, Kanadanın paytaxtı Ottava şəhərinin meriyası qarşısında Respublika Günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB