"Ermənistan hüquqlu tərəfi deyil, ümid yalnız Rusiyayadır" ROBERT KOÇARYANIN ETİRAFLARI
Ölkələr arasındakı sərhəd demarkasiya edildikdən sonra tanınmış sayılır ki, bu da Ermənistanla Azərbaycan arasında edilməyib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan, "Ermənistan" bloku fəallarının Kotayk bölgəsinin sakinləri ilə görüşündə söyləyib.
“Bu sərhəd bir çox yerdə dəqiqləşdirilməli ola bilər və bu müddət tələb edir. Uzun illərdir ki, Gürcüstanla demarkasiya ilə məşğuluq. Bu olduqca problemli bir prosesdir və hər metr torpaq üçün danışıqlar aparılır. Ümumiyyətlə sərhəddin bir hissəsi çox tez təyin olunur, lakin ətrafında uzun danışıqların aparıldığı mübahisəli ərazilər olur”, deyə Koçaryan bildirib.
Onun sözlərinə görə, bu gün ermənilərin düşdükləri vəziyyət belə bir sərhəd nöqteyi-nəzərindən onlar üçün əlverişsizdir.
“Zəifləmiş vəziyyətdəyik və qarşı tərəflər bizə təzyiq göstərmək qabiliyyətinə sahibdirlər. Başlanılsa belə, ayağa qalxıb danışıqlarda tam hüquqlu bir tərəfə çevrilənə qədər bu iş bitirilməməlidir. Bu gün ermənilər hüquqi tərəf deyil, bu gün bütün ümidlər yalnız Rusiyayadır”, deyə Ermənistanın ikinci prezidenti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB