“Nikol hiyləgər gediş edir” "HRAPARAK" QƏZETİ YAZIR

“Nikol hiyləgər gediş edir” "HRAPARAK" QƏZETİ YAZIR

Mümkündür ki, Nikol Paşinyan başqa bir "hiyləgər" çeviklik nümayiş etdirsin və hiyləgərlik etsin. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet, "Mülki Müqavilə" partiyasının seçki siyahısında Soros qvardiyası əvvəlki mövqelərindən geri çəkildiyini yazır.

“Siyahıda Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan və Paşinyanın qaynı Sos Avetisyanın, Soros qanadının ən görkəmli nümayəndələrinin adları yer almayıb. Soros "fraksiya"sının lideri Marina Karapetyanın lider mövqe tutduğuna dair söhbətlərə baxmayaraq, o, 24-cü yerdədi.

Paşinyanın növbəti "hiyləgər çeviklik" göstərə biləcəyi istisna edilmir. Görünür o, cəmiyyətin bu komandaya münasibətini nəzərə alaraq, onsuz da çətin vəziyyətdə özünü təhlükəyə atmamağa qərar verib. Yenidən hakimiyyəti almağa müvəffəq olacağı təqdirdə, siyahıda olmayanları hökumətdəki vəzifələrə təyin edəcək”, deyə qəzet yazır.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə bir aydan da az vaxt qalıb və bu baxımdan baş nazir vəzifəsindən istefa verən, müvəqqəti bu vəzifəni icra edən Nikol Paşinyanın hansısa hiyləgərliklərə əl atacağını erməni cəmiyyəti gözləyir. Görünür erməni xislətinə uyğun olaraq hiyləgərliklər tam qəbul olunandır və bu mənada ermənilərin kürkünə birə düşüb. Amma hər bir halda bəlli olur ki, artıq erməni cəmiyyəti ölkələrinə dırnaqarası demokratiya gətirən Paşinyanı əslində, hiyləgər olduğunu etiraf edir. Bütün bunlar isə onu təsdiq edir ki, erməni cəmiyyətində, Ermənistanda heç zaman demokratiya, xalq hakimiyyəti olmayıb, olması da gözlənilmir. Hətta öz vətəndaşları da bunun yanlış olduğunu qəbul edir və bütün bunlar da öz növbəsində erməni hiyləgərliklərini ifşa edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə