Edvard Nalbandyan prezidentlərin Dovil bəyanatına münasibət bildirib

Edvard Nalbandyan prezidentlərin Dovil bəyanatına münasibət bildirib

"Rusiya, ABŞ, Fransa prezidentləri Dmitri Medvedyev, Barak Obama və Nikolya Sarkozinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini yüksək qiymətləndirirəm". SİA-nın "Arm.Today"-ə istinadən verdiyi məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin Dovil bəyanatında mühüm məqamlar əks olunub və bu bəyanat münaqişənin həlli üçün impuls ola bilər: "Ermənistan həmişə münaqişənin yalnız sülh yolu ilə həllinə sadiq olub və dəfələrlə bunu işdə sübuta yetirib. Buna görə də bəyanatdakı çağırışların kimə ünvanlandığı hər kəsə aydındır. Biz həmsədrlərin təklif etdiyi əsas prinsiplərinə öz cavabımızı vermişik, əgər Azərbaycan da birmənalı şəkildə öz razılığını versə, onda münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə