“Prezidentin Ağdama 28 may tarixində səfər etməsi diqqət çəkən məqamdır” - DEPUTAT ŞƏRH ETDİ
"Bu gün cənab Prezident qədər işğaldan azad olunan zonalara səfər edən ikinci bir adam yoxdur". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili vurğulayıb ki, həm dövlət xadimi olaraq, həm bir vətəndaş olaraq cənab Prezident vaxtaşırı işğaldan azad olunan zonalara səfər edir və hər səfərində o həmin ərazilərdə ya yeni bir tikilinin açılışını edir, ya yenisinin əsasını qoyur və görüləcək işlər barədə cəmiyyətə bir anons verir.
Ağdam sıradan bir şəhər deyil. Bu şəhər Azərbaycanın həmişə ən böyük sənaye, iqtisadi, mədəniyyət bölgələrindən biri olub. Ermənilər işğal etdikləri bütün əraziləri, o cümlədən Ağdamı viran ediblər. Bu gün Ağdamı faktiki olaraq yenidən qurmaq lazımdır və cənab Prezidentin bügünkü səfəri zamanı, gələcəkdə Ağdamın inkişafında rol oynayacaq bir neçə obyektin açılışı da şəhərin bərpasının cənab Prezidentin diqqətində olduğunu göstərir. Sənaye Parkı, sabah geri qayıdacaq ağdamlılar üçün iş yeridir. Parkın salınması sabah ağdamlıların istirahəti üçün sevimli olacaq bir istirahət yeridir. Bərdə-Ağdam yolunun çəkilişi tək həmin bölgə üçün deyil, bütün Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Cənab Prezidentin Ağdama 28 may tarixində səfər etməsinin özü də diqqəti çəkən bir məqamdır. Bu gün Respublika Günüdür, Azərbaycanın müstəqillik qazandığı bir gündür və indiki Azərbaycan, 103 il bundan əvvəl babalarımızın qurduğu və bizə şərəfli tarix yazıb qoyduğu irsə Azərbaycan xalqının, ilk növbədə cənab Prezidentin yüksək hörmətidir. Bu cür açılışlar, bu cür tikililər nəinki işğaldan azad olunan zonaları bərpa edəcək, həmin əraziləri Azərbaycanın, regionun, dünyanın ən nümunəvi bölgələrindən birinə çevirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB