"Azərbaycan tərəfi Ermənistana ciddi şəkildə təzyiq etməlidir" - POLİTOLOQ BAXIŞI
“Ümumiyyətlə, Ermənistan tərəf konkret olaraq delimitasiya və demorkasiya prosesindən kənarlaşır. Ermənilər 10 Noyabr və 11 Yanvar razılaşmalarına əməl etmirlər. Rusiyanın orduda mövqeyini nəzərə alsaq, bu Ermənistanla Azərbaycan arasında münaqişənin davam etməsi ilə bağlıdır. Çünki Azərbaycanı KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzv etməyə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan-Naxçıvan istiqamətində təxribat artıq davamlı olacaq: “Bu proses daha da intensiv şəkildə davam edəcək. Çünki, artıq Ermənistan atəşkəsi mütəmadi olaraq pozur. Bu Ermənistanda daxili siyasi proseslərdən qaynaqlanır. Həmçinin, Paşinyanın orduya nəzarət edə bilməməsindən və Rusiyanın burada mövqeyini gücləndirməsindən irəli gəlir”.
Politoloq sözlərinə belə davam edib: “Hesab edirəm ki, Azərbaycan tərəfi konkret olaraq bu məsələdə Türkiyə ilə ciddi şəkildə koordinasiyalı fəaliyyət və prinsipiallıq göstərməli, Ermənistana ciddi şəkildə təzyiq etməlidir. Ermənistan təxribat törətməklə delimitasiyadan uzaqlaşmağa, ABŞ və Fransanı prosesə cəlb etməyə çalışır. Təbii ki, burada Ermənistanla yanaşı Rusiyanın da rolu var. Bunlar hamısı Azərbaycana qarşı edilmiş təxribatlardır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB