Nazir: “Xəzər dənizində nərəkimilərin ovlanmasına 10-12 il moratorium qoyulmalıdır”
H. Bağırov Xəzərdə balıq ovu ilə bağlı brakonyerliyin olduğunu da istisna etməyib: "Moratoriumun tətbiqi ilə əlaqədar 2011-ci il üçün Xəzəryanı ölkələrə kvotanın ayrılacağı gözlənilmir. Xəzərin Su Bioresursları Komissiyası 1992-ci ildə 4 Xəzəryanı ölkə (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan) tərəfindən təsis edilib. 2002-ci ildə İran da bu komissiyaya qoşulub. Komissiyanın əsas məqsədi Xəzər dənizinin su bioresurslarından davamlı və səmərəli istifadə etmək, balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində xüsusi tədbirlər hazırlayıb həyata keçirməkdir".
Bundan əlavə, komissiya həm də 5 Xəzəryanı ölkə arasında milli ov kvotalarının bölünməsini müəyyənləşdirir və eyni zamanda CİTES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir.
2003-2004-cü illərdə sədrlik Rusiyada, 2005-2006-ci illərdə Qazaxıstanda, 2007-2008-ci Türkmənistanda, 2009-2010-cu illərdə isə İranda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB