Almaniya səfiri Azərbaycan xalqını təbrik edib

Almaniya səfiri Azərbaycan xalqını təbrik edib

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

SİA xəbər verir ki, diplomat təbrik mesajını "Twitter" səhifəsində yerləşdirib.

“Bütün azərbaycanlıların Respublika Gününü təbrik edirəm!”

Səfir "Twitter"də həmçinin Almaniya prezidenti Frank-Valter Ştaynmayerin mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə