Hüseyn Bağırov: \"Abşeronun Qobu kəndində böyük zoopark tikiləcək\" - AÇIQLAMA
Abşeron rayonunun Qobu kəndində böyük zoopark tikiləcək. SİA-nın məlumatına görə, bu haqda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov YAP-ın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə 55 hektar ərazi və dövlət tərəfindən 2,8 milyon manat vəsait ayrılıb. Tikinti işlərini Almaniya və Türkiyənin birgə müəssisəsi həyata keçirəcək: "Həmin müəssisə 1 il əvvəl tenderdə qalib gəlib. Artıq ilkin layihəni ortaya qoyub".
Nazir bildirib ki, zooparkın yaradılması üçün dünyanın 70-dən artıq ölkəsindən mütəxəssislər cəlb olunub: "Zooparkda qəfəs sistemi olmayacaq. Divarlar təbii landşaftlardan ibarət olacaq. Artıq əsas binaların yerləşdirilməsi planı da hazırdır. Ərazidə ekoloji turizmin inkişaf etdirilməsi üçün imkanlar olacaq. Zoopark dünyaya "Azərbaycan təbiət dünyası" adı ilə təqdim olunacaq".
Azərbaycanda platin yatağı aşkarlandığını da deyən nazir vurğulayıb ki, həmin yataqda 80-100 ton platin ehtiyatının olduğu ehtimal edilir. Nazirin sözlərinə görə, Rusiya, Kanada və başqa ölkələrin laboratoriyalarında aparılan təhlillərin nəticəsi aşkarlanan yatağın platin yatağı olduğunu sübut edir: "Hazırda 66 çöl obyektində geologiya işləri aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB