"İranın yürütdüyü siyasətlə bağlı ciddi müəyyən suallar var. Ermənistanla Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsindən İran narahatdır". Bunu SİA-ya açıqlamasında "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu qeyd edib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərindən sonra İrəvanda səfərdə olub: "Bu səfər sıradan bir səfərdir. Bu səfərin ciddi nəticələri olmadı. İran hər zaman vurğulayır ki, Ermənistan İranın strateji müttəfiqidir. Bu ifadəni İran hər zaman deyir. Həqiqətən də belədir, çünki Ermənistan işğalına, məscidlərin dağılmasına illərlə müsahidəçi mövqe nümayiş etdirdilər. Görünür, İrandakı müəyyən siyasi dairələr hələ də Azərbaycanın inkişafını və güclənməsini həzm edə bilmir. İranda zaman-zaman prezidentlər, xarici işlər nazirləri də dəyişir. Amma İranın bölgə siyasəti dəyişmir. Biz İranla dost və tərəfdaş münasibəti saxlayırıq amma əsas şərtimiz odur ki, İran Azərbaycanın daxili işlərinə qarışmasın. Görürük ki, zaman-zaman İranla münasibətlərdə problemlər olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB