Parlament Şuşa haqqında qanun layihəsini ikinci oxunuşda qəbul etdi - RƏSMİ

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

SİA-nın verdiyi məlumata görə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılması, Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fondun yaradılması, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə