Bu gün Milli Qəhrəman Maşallah Abdullayevin doğum günüdür

Bu gün Milli Qəhrəman Maşallah Abdullayevin doğum günüdür

27 May Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Maşallah Babakişi oğlu Abdullayev 1950-ci il mayın 27-də Goranboy rayonu Kəpənəkçi kəndində anadan olub.

O, 1991-ci ildə yerli özünümüdafiə batalyonu yaradıb, Zeyvə, Todan və digər kəndlərin müdafiəsində fədakarlıqla vuruşub, Ağcakəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. O, 1992-ci ildə briqada komandirinin müavini kimi Tərtər, Goranboy, Ağdərə ərazilərində düşmənə qarşı qəhərmanlıqla vuruşub. Bu gün də rayonun ictimai həyatında fəal iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə