Bu gün Milli Məclisin iclası keçiriləcək

Bu gün Milli Məclisin iclası keçiriləcək

Bu gün Milli Məclisin iclası keçiriləcək. SİA-nın məlumatına görə, Nizamnaməyə uyğun olaraq parlamentin yaz sessiyasının son iclası mayın 31-də olacaq.

Son iki iclasın gündəliyinə 9 məsələ daxildir. Millət vəkilləri bu iclaslarda "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında", "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanunlara dəyişikliklər haqqında qanun layihələrini, "Yol hərəkəti haqqında" qanuna, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosesual Məcəlləyə,

Cinayət Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək.

Parlament son iclasda, həmçinin Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında Sazişi təsdiq edəcək.

Qeyd edək ki, mayın 31-də Parlamentin yaz sessiyasının son iclası olmasına baxmayaraq əgər əlavə məsələlər olarsa, iyun ayında növbədənkənar iclasların keçirilməsi istisna deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə