"Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradır" - XİN RƏHBƏRİNİN ETİRAFLARI
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ermənistana səfəri başlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İran xarici işlər naziri Cavad Zərif Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan tərəfindən qəbul edilib.
"Azərbaycanın bölgədə digər ölkələrin maraqlarından çıxış etmir və yeni geosiyasi reallıqlar yaradır”, deyə Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan bildirib.
Ermənistan XİN rəhbəri İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşü zamanı ötən il 27 sentyabr tarixində başlanan müharibəyə də diqqət çəkib və bunu nisbətsiz beynəlxalq və regional reaksiyanın birbaşa nəticəsi adlandırıb.
Xatırladaq ki, Ermənistan tərəfinin təxribatlarına cavab olaraq başlayan, 44 gün davam edən və Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnən, ardınca da 10 noyabr tarixli imzalamadan, Nikol Paşinyanın kapitulyasiya sənədini imzalamasından sonra həqiqətən də Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Hansıki, bu reallıqlar qarşı tərəfi, Ermənistan tərəfini qıcıqlandırır. Çünki, az qala 30 ilə yaxın müddət ərzində işğal etdikləri ərazilərdə heç bir quruculuq işləri aparmayan, əksinə dağıntılar edən Ermənistan qısa zaman ərzində Azərbaycanın başlatdığı və uğurla davam etdirdiyi quruculuq işlərinin şahidi olur ki, bunu da ermənilər həzm edə bilmirlər. Amma Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın timsalında ermənilər Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə yeni reallıqlar, hətta geosiyasi reallıqlar yaratdığını etiraf etmək məcburiyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB