"Seçkilərin ləğvi məsələsi müzakirə edilməyib" HAKİM PARTİYA RƏHBƏRİ

"Seçkilərin ləğvi məsələsi müzakirə edilməyib" HAKİM PARTİYA RƏHBƏRİ

Sərhəddəki vəziyyətə görə Ermənistanda erkən parlament seçkilərinin ləğvi məsələsi müzakirə edilmədi. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə hakim "Mənim addımım" rəhbəri Lilit Makuns çərşənbə günü jurnalistlərə verdiyi açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, erkən seçkilərin 20 iyunda keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, bununla yanaşı bəzi müşahidəçilərin və siyasətçilərin fikrincə, Sünik və Qeqarkunikdəki vəziyyət səsvermənin ləğv olunmasına səbəb da ola bilər. Hakim fraksiya rəhbəri səlahiyyətli strukturların sərhəddəki vəziyyəti sabitləşdirmək üçün əlindən gələni edəcəyini gözləyir.

“İndi seçkilərin ləğvi ilə bağlı müzakirələr aparılmır. Hərbi vəziyyətin tətbiqi və seçkilərin ləğvi məsələsi müzakirə edilmir”, deyə Makuns bildirib.

O, səlahiyyətli strukturların vəziyyəti sabitləşdirmək və böhranı həll etmək üçün əllərindən gələni edəcəyinə ümid etdiyini də bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə