Rusiya və Belarusiya prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko ayın sonuna qədər görüşəcəklər, hansı ki bu görüş Ryanair təyyarəsindəki hadisədən əvvəl də hazırlanırdı və Lukaşenko isə Putinə şərait və səbəblər barədə ətraflı danışa biləcək. SİA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Görüş həqiqətən ayın sonuna planlaşdırılır. Nə vaxt və harada keçiriləcəyini sizə xəbər verəcəyik. Bazar günü baş verən hadisələrdən də əvvəl planlaşdırılırdı və hazırlanırdı. Şübhəsiz ki, baş tutarsa prezident Lukaşenko Rusiya dövlət başçısına baş verənlərin səbəbləri və məqamları barədə ətraflı məlumat vermək imkanı əldə edəcək", deyə Peskov çərşənbə axşamı jurnalistlərə açıqlamasında söyləyib.
Xatırladaq ki, mayın 23-də İrlandiyanın Ryanair aviaşirkətinin Afinadan Vilnusa uçan təyyarəsi, mümkün minalanma barədə məlumat aldıqdan sonra Minskə enib. Bu məlumat sonradan təsdiqlənməyib. Təyyarədə, Nexta Telegram kanalının qurucusu və Belarusiya tərəfindən dövlətlərarası axtarışda olduğu elan edilmiş, respublikada ekstremist kimi tanınan “Belarusiya Baş Beyin” Telegram kanalının baş redaktoru Roman Protaseviç olub.
Sənədlərini yoxladıqdan sonra o Minsk hava limanında saxlanılıb. Nəzərə çatdıraq ki, Avropa Birliyi ölkələrindən olan bir sıra siyasətçilər və Avropa səlahiyyətliləri, bir Avropa Birliyi ölkəsindən digərinə üçüncü bir ölkənin hava məkanından bir təyyarənin məcburi enişi olaraq qəbul etdikləri hadisənin beynəlxalq araşdırılmasını tələb ediblər. Halbuki, 2013-cü ildə Boliviya prezidenti Evo Moralesin Moskvadan vətəninə yollanan təyyarəsi, İspaniya, İtaliya, Fransa və Portuqaliyanın hava sahələrini bağladığı üçün Avstriyaya təcili eniş etməsi ilə AB ölkələri birbaşa oxşar hadisədə iştirak etmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB