"Ermənistanın maraqlarından irəli gələn bir addım belə atılmadı" ROBERT KOÇARYAN
Son üç ildə Ermənistanın maraqlarına dair neçə dəfə yüz faiz zəmanət eşitmisiniz? SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, belə bir sualla Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Koçaryan bu gün keçirdiyi mətbuat konfransında müraciət edib.
Eks-prezident Nikol Paşinyanın hərəkətlərinin Ermənistanın maraqlarına xidmət etmədiyini deyib.
“Paşinyan Ermənistanın maraqlarına xidmət etsəydi, o zaman niyə oxşar vəziyyətə düşdük? Bu, çox sadə bir sualdır və istənilən Ermənistan vətəndaşı özünə bu sualı verməlidir. Hər dəfə 100 faiz Ermənistanın maraqlarından kənar addımlar atılmırdısa, onda niyə bu gün kədərli vəziyyətdəyik?
Birmənalı şəkildə deyə bilərəm ki, son üç ildə Ermənistanın maraqlarından irəli gələn hər hansı bir addım atılmayıb”, deyə Robert Koçaryan bildirib və bu addımları, təhlükəsizlik sahəsini, Qarabağ münaqişəsini, iqtisadi sahəni sadalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB