Əli Səlim Əsəd: “Azərbaycan Prezidenti İlham Əliyev çox müdrik insandır”
Böyük Yaxın Şərqdə son vaxtlar çox mühüm hadisələr baş verir. ABŞ və NATO hərbi birliklərini Əfqanıstandan çıxarırlar. Suriyada isə prezident seçkiləri keçiriləcək və seçkilərdə üç namizəd iştirak edir: fəaliyyətdə olan dövlət başçısı Bəşər Əsəd, müxalifətçi “Demokratik cəbhə”nin baş katibi Mahmud Marai və “Sosialist yunionist partiyası”nın nümayəndəsi Sallyum Abdulla. Artıq müxtəlif beynəlxalq siyasi kluarlarda belə fikirlər də səslənir ki, Böyük Yaxın Şərq regionunda siyasi qaynaşmalar, qarşıdurmalara son qoyulacaq.
SİA rusdilli caliber.az-a müsahibə verən suriyalı iictimai siyasi xadim, “Suriyanın milli birliyi hərəkatı”nın rəhbər üzvü, Əli Səlim Əsədin bu və bu kimi digər suallara cavabını əks etdirən müsahibəsini təqdim edir.
- Gəlin Suriyadakı seçkilərdən başlayaq. Prezidentliyə üç namizəd var, onların arasında fəaliyyətdə olan prezident Bəşər Əsəd də var. Bəs intriqa varmı? Sizin səsverməyə olan proqnozlarınız necədir?
- Fəaliyyətdə olan prezidentə alternativ yoxdur. Siyasi müxalifət, eləcə də siyasi “müxalifət” çox zəifdirlər. Suriyada bugünkü əsas güc hakimiyyət və Bəşər Əsəddir. Bu baxımdan, biz daha çox onun qalibiyyətini görəcəyik, dövlət başçısı əlavə prezidentlik müddəti alacaq.
- Bəs sizin Böyük Yaxın Şərqdəki situasiya ilə qiymətləndirməniz necədir? Amerika ordusunun Əfqanıstandan çıxarılmasından başlayaraq fələstinlilərlə israillilərin arasındakı münaqişənin başa çatmasına qədər bir çox hadisələr baş verir...
- Mən hesab etmirəm ki, regionda qaynaşmalar başa çatacaq. Fələstinlilərlə israillilər arasında sonuncu gərginlik bunu dəqiq göstərir. İstənilən həll olunmamış münaqişə gələcəyə olan təhlükədir. Misal üçün, Azərbaycan 30 il Qarabağ məsələsinin həllini gözləyirdi, sonra isə hərbi fəaliyyəti sayəsində bu problemi həll etdi.
"Yaxın Şərq dünyəvi və refional dövlətlərin münasibətlərini aydınlaşdırdıqları yerdir"
Fələstinlilərlə israillilər arasındakı sonuncu münaqişəyə geri dönərək: o göstərdi ki, hətta müharibənin aparılması sistemi dəyişib. Biz bir tərəfdən ucuz və baha olmayan PUA-ları, digər tərəfdən isə ən müasir silah vasitələrini görürük. Yəni müharibəni istənilən vasitələrlə aparmaq olar.
Münaqişələri həll etmək istəməyən, onları özlərinin istədiyi kimi həll etməyə çalışan ABŞ-a böyük sual var. Yaxın Şərq – bu ərazilər müxtəlif dünyəvi və regional dövlətlərin münasibətlərini aydınlaşdırdıqları yerdir.
- Bir az da Suriyadakı seçkilər haqqında. Qərbdə indidən bəyan ediblər ki, nəticələri tanımayacaq...
- Qərbin ikili standartları var. Onlara sərf edəndə bir reaksiya, sərf etməyəndə başqa reaksiya göstərirlər. Gəlin vəhşicəsinə öldürülmüş səudiyyəli jurnalist Camal Qaşıqçının tarixini yada salaq. Bəşər Əsədə gələndə isə Suriya xalqı onu tanıyır, bu isə əsasdır.
"Qərb Rusiya və İranla razılığa gəlmirsə, gərginlik qalmaqda davam edəcək"
Suriyadakı qeyri-sabitlik Qərbin əlinə oynayır. Məhz burada Yaxın Şərqin yeni xəritəsi cızılır. Suriya İranla ittifaqdadır, Tehran ABŞ-la nüvə proqramı üzrə danışıqlar aparır və onun nəticələri hələ ki, məlum deyil. Nə qədər ki, Qərb Rusiya və İranla razılığa gəlmirsə, gərginlik qalmaqda davam edəcək.
- Yeri gəlmişkən, bir çox ekspertlər tərəfindən səsləndirilən belə bir fikir var ki, bütünlüklə Cənubi Qafqazda və Azərbaycanın Qarabağ regionunda sabitliyin olması Qərbə sərf etmir...
- Postsovet məkanının hansı qaynar nöqtələri varsa, ya da onları yaratmaq imkanı olarsa Qərb onu Rusiyaya qarşı istifadə etmək marağındadır. Rusiya Federasiyası ətrafındakı münaqişələr Qərbin hədəfidir. Bu baxımdan mən bu sualda səsləndirilən fikirlə razılaşıram.
"Regiondakı problemlərin uzunmüddətli həlli perspektivi Moskva olmadan çətinlik yaradır"
Və yeni zərbə Azərbaycana, ya da Ermənistana tərəf istiqamət almayıb, axı münaqişənin həllində Rusiya köməklik göstərib, bunu hamı qəbul edir. Və mən xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev çox müdrik insandır, o anlayır ki, regiondakı problemlərin uzunmüddətli həlli perspektivi Moskva olmadan çətinlik yaradır. Qərbə isə müharibələrin davamı və gərginlik sərf edir.
Tərcümə etdi: Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB