Ermənistan blokada təhlükəsi astanasındadır

Ermənistan blokada təhlükəsi astanasındadır

"Nə qədər ki, şaiyələr artır, bu narahatedici şayiələr bir o qədər etibarlı olur və Azərbaycan, faktiki olaraq Ermənistanı növbəti, ikinci təslim müqaviləsinə məcbur edir". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Edqar Elbakyan deyib.

Türkoloq Varujan Qeqamyan və politoloq Edqar Elbakyan tərəfindən qurulan "Erməni layihəsi" elmi-maarif ictimai təşkilatın "Marzaos" adlı qeyri-adi sayında Tavuş bölgəsi ətrafındakı şayiələrə toxunulub.

"Ermənistan onsuz da son immunitet ehtiyatlarını belə itirir və bu, Ermənistanın ləng ölümüdür", deyə Edqar Elbakyan etiraf edib.

Onun fikrincə, guya ermənilərə vəd olunan Ermənistanın blokadadan çıxarılması məsələsi doğru deyil və politoloq qeyd edir ki, İrana aparan yol əllərindən alınır, indi də Gürcüstana aparan yol əldən çıxır.

“Ermənistan dörd tərəfdən mühasirəyə alınmaq təhlükəsi ilə qarşılaşır”, deyə politoloq fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə