Zəngəzur dəhlizi ölkəmizə hansı dividentləri gətirəcək? POLİTOLOQ İZAH ETDİ

Zəngəzur dəhlizi ölkəmizə hansı dividentləri gətirəcək? POLİTOLOQ İZAH ETDİ

“Zəngəzur dəhlizinin ölkəmiz üçün çox önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın Türkiyə ilə quru yolu bərpa olunacaq: “Rusiya özü də Azərbaycan, Türkiyə və Ermənistana giriş-çıxış imkanları qazanacaq. Türkiyə Azərbaycan üzərindən Mərkəzi Asiyaya daxil olma imkanı qazanacaq. Zəngəzur dəhlizinin açılması regional layihəyə çevriləcək və Ermənistan bunun əleyhinə çıxa bilməyəcək. Çünki Ermənistan baş naziri Nikol Paşinyan bu məsələ ilə faktiki olaraq razılaşıb. Əgər sülh, barış istəyirlərsə bizə mane olmamalıdır. Çünki bu yol ermənilər üçün də əhəmiyyətli ola bilər".

Politoloq həmçinin qeyd edib ki, Rusiyanın Gürcüstan üzərindən Ermənistana dəmir yoluna giriş imkanı yoxdur: “Azərbaycan ilə Rusiya arasında dəmir yolu var. Rusiya Azərbaycan üzərindən Ermənistanla ticarət əlaqələrini qura bilər. Zəngəzur dəhlizinin açılmasında tək biz yox həmçinin Ermənistan və Rusiya da maraqlıdır".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə