Putin və Bayden üçün mümkün görüş yeri barədə MEDİADA MƏLUMATLAR VAR
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden ilk görüşünü İsveçrədə keçirə bilər. SİA xəbər verir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” qəzeti öz mənbələrə istinadən yazır.
Qəzetin yazdığına görə, görüşün dəqiq vaxtı və yeri hələ məlum deyil və yəqin ki, görüş yaxın iki həftə ərzində Cenevrədə olacaq.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiya və ABŞ liderləri arasında görüşün keçirilməsinə dair yekun bir razılığın olmadığını, ancaq buna nail olunacağı təqdirdə sammitin "Avropa diplomatik paytaxtlarından" birində keçirilə biləcəyini söyləyib. ABŞ Dövlət Katibi Entoni Blinken, Amerika tərəfinin iki prezidentin önümüzdəki həftələrdə görüşəcəyini gözlədiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB