Əli Kərimli ilana ağı verən kərtənkələdir....

Əli Kərimli ilana ağı verən kərtənkələdir....

Satqın erməni çörəyi yeyən AXCP sədri Əli Kərimli düz 27 ildir ki, ilana ağı verən kərtənkələ olaraq çirkin əməllərindən əl çəkmir. Çünki xəmiri satqınçılıqla yoğrulan Ə.Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirməyə cəhd etdikləri informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Ə.Kərimli, son günlər sosial şəbəkələrdə həmişə olduğu kimi, bu gün də daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürür, uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə satqınçılığını nümayiş etdirir. Çünki Ə.Kərimli həmişə anti-Azərbaycan qüvvələrin dəyirmanına su töküb. Ancaq görünür, bəzən bu satqınların içində reallığı görən də olur.

Qurban Məmmədov: “Əxlaq əsl kişiyə aiddir, daha Əli Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir”

Ürəyimdən lap tikan çıxardın, Q.Məmmədov. Bu da təəccüb doğurmur. Çünki bu çameədə olanlar ancaq bir-birilərinin sirrin elə açırlar ki... Elə “siyasi mühacir” həyatı yaşayan Qurban Məmmədovun dediyi kimi: «əxlaq əsl kişiyə aiddir, daha Əli Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir. Özünü başqa əxlaq sahibi kimi aparır. Bütün dünyaya sübut etmişəm ki, 28 ildir Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayıl bu xalqa təlqin edir ki, günahkar xalqdır. Ayıq olun, bunu bilin. Zaman gələcək Əli Kərimli, arxivlər açılacaq. Sən kimsən, Elçibəyə nələr eləmisən, nə təbliğat aparmısan, Kələkidən Bakıya necə gəlmisən, Bunların hamısını ortaya qoyacağıq. Eyni ilə S.Osmanqızı, onun dədəsinin goru çatlayır indi. Bu övlad atasına hər gün lənət oxutdurur. 40 minlik kanal bağlatdıranda oxudu ki, guya adını demədiyi bir tələbə buna yazıb ki, “dekan buna AzeriFreedomu layk edin, Osmanqızının kanalını isə dislayk edin. Budur, yalan, tərbiyəsizlik? Hanı sübut? Əli Kərimliyə nə qədər yalanacaqsan?”. Bax, budur satqınların formalaşmış siması.

Məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil

Bəli, həqiqətən də bu gün nə qədər ki, dünənki dələduzlar bu gün “haqdan” dəm vurub aranı qarışdırırlar, belələri tez bir zamanda cəzalandırılmalıdır. Çünki Azərbaycan bu gün dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir, sosial- iqtisadi sahələrdə dinamik inkişaf təmin edilir, xalqın mənafeyi ciddi şəkildə qorunur, xalq-iqtidar birliyi dönməz xarakter alır, beynəlxalq aləmə inteqrasiya güclənir, qlobal layihələr uğurla gerçəkləşdirilir. Bütün bunlara görə narahatlıq hissi keçirən ermənipərəst dairələr əndişələnir, müxtəlif vasitələrlə ölkəmizə təzyiq etməyə çalışır, “beşinci kalon”a maliyyə dəstəyi göstərməklə, habelə, digər şirnikləndirici metodlarla ayrı-ayrı siyasi qüvvələri ələ alır, dövləti zəiflətmək, Konstitusiya quruluşunu dəyişmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki dövlətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi gücsüz, kövrək vəziyyətdə deyil, həm siyasi, həm də iqtisadi cəhətdən güclənib, beynəlxalq dairələrdə nüfuz sahibinə çevrilib.

Amma antiazərbaycan dairələrin əlində alətə çevrilən və millətimizin adına ləkə olan şəxslər, təəssüf ki, inadlarından əl çəkmir, Azərbaycana qarşı çirkin təbliğat aparmaqdan yorulmurlar. Onlar Avropada erməni fondlarının maliyyəsi hesabına sosial medianın imkanlarından yararlanıb ölkəmizin mövcud reallıqlarını “unudaraq”, yalan, böhtan yolu ilə Azərbaycanda siyasi proseslərə müdaxilə edirlər. Bununla da “söyüş müxalifəti”nin üzvləri (Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov, Rəfail Piriyev və digərləri) öz aləmlərində Azərbaycan hakimiyyətinə təzyiq göstərdiklərini düşünürlər...

Əslində, onlar söyüş ritorikasına meydan açmaqla mənəvi cəhətdən zəifliklərini, gücsüzlüklərini, əxlaqi baxımdan isə naqisliklərini nümayiş etdirirlər. Xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə