Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edib - RƏSMİ

Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edib - RƏSMİ

Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edib.

SİA-nın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair Saziş”in təsdiq edilməsi ilə bağlı məsələnin Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Bu sazişin məqsədi MSİBM-in və onun heyətinin Azərbaycan Respublikasında statusunu, imtiyazlarını və immunitetlərini müəyyənləşdirməkdir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə