ABŞ-da kişilər bitdi: indi də türklərin üstünə “geylər” gəlirmiş... ARAŞDIRMA+FOTOFAKTLAR
Bayden administrasiyasının rəsmi sözçüsü Ned (Edvard) Prays jurnalist Riçard Nudokla nişanlıymış, evlənməyə hazırlaşır!
Ötən yazılarımızın birində (bax: https://sia.az/az/news/politics/870931.html ) qeyd etmişdik ki, ABŞ artıq müxtəlif və faktoloji səbəblərə görə qlobal siyasət meydanındakı “supergüc” səlahiyyətlərini get-gedə itirməyə başlayıb. Lakin bu ölkənin siyasi arenasında, daha doğrusu, Bayden administrasiyasında baş verən və bir-birini tez-tez dəyişən proseslər göstərir ki, yeni supergüclərin meydana çıxdığı dünyada ABŞ-ın nüfuzu sürətlə aşağı düşür. Bunun isə qeyd edilənlərlə yanaşı, həm də digər bir sıra səbəbləri var. Həmin səbəblərdən yalnız birini göstərməklə ABŞ-ın sözdə demokratlar tərəfindən yürüdülən idarəçilik mexanizminin nə qədər faciəli olduğunu əminliklə vurğulaya bilərik.
Böyük Türk Dünyasının bəşəri siyasi arenaya sürətli inteqrasiyası həmin təlaşı daha da artırmaqdadır
Sirr deyil ki, Bayden administrasiyasını narahat edən, təlaşlandıran əsas faktorlardan biri və hətta birincisi XXI əsrin TÜRK ƏSRİ olması gerçəkliyidir. Böyük Türk Dünyasının bəşəri siyasi arenaya sürətli inteqrasiyası həmin təlaşı daha da artırmaqdadır. Xüsusilə, Ankara və Bakının vahid sistem olaraq bir araya gəlməsi, regional təhlükəsizliyin təminatı məsələlərində eyni hədəfə vurmaları, o cümlədən, həmin kontekstdə Rusiya faktorunun da yer alması istər-istəməz ABŞ-da qıcıq yaradır və bu qıcıq yalnız Amerikada deyil, Qərbin bir sıra ölkələrində də istər açıq, istərsə də üstüörtülü şəkildə görünməkdədir. Əsasən də, Azərbaycan-Ermənistan sərhədində gedən proseslər baxımından. Bu məsələdə xristian klubu, yaxud yeni əsrin səlib yürüşündə iştirak edən erməni lobbisinin də rolu kifayət qədərdir. Lakin mövzudan yayınmayaraq qayıdaq əsas məsələyə...
Ərdoğanı “antisemit” adlandıran rəsmi gey!
Əsas məsələlərdən biri də budur ki, ABŞ dövlət departamentinin sözçüsü Ned (Edvard) Prays Ermənistanın hay-küyünə dəstək məqsədi ilə Azərbaycana qaşrı guya ki, hücuma keçib. Belə ki, bir neçə gün əvvəl bu şəxs, ya da fərd (çünki onun həyatsürmə və intim maraqlarına söykənən orientasiyasına ictimai rəyin oxuyaraq nəticə çıxara biləcəyi hansı adı verəcəyimiz müəyyən çətinlik yaradır-R.R.) sərhəddəki gərginliyi azaltmağa çağırıb, əlbəttə ki, erməni yönündən çıxış edərək. Ancaq sonradan bir az “cəsarətlənərək” Ərdoğanı “antisemit” adlandırırb (?!). Yəqin ABŞ-ın Bayden administrasiyası dövlət başçılarına qarşı ittihamlar irəli sürməkdə yarışa çıxıblar. Çünki Amerika prezidenti Bayden də Rusiyanın prezidenti Vladimir Putini “qatil” adlandırmışdı.
Bu iki amerikalı “göyərçinlərə” “qoşa qarıyasınız”, “bir yastıqda qocalasınız” tipli alqışları deyə bilməyəcəyik...
Bəs Ərdoğanı “antisemit” adlandıran Ned Praus kimdir? Apardığımız araşdırmaların nəticəsinə görə, sən demə, o boyda ABŞ departamentinin rəsmi sözçüsü – cinsi azlıq nümayəndəsiymiş, yəni gey (gay). Hələ bu, harasıdır? Məlum olub ki, Ned Prays evlənmək ərəfəsindədir, bəs kiminlə? “Bəxtəvər” nişanlısı, öz cinsindən olan Riçard Nudokla! Bu fakt üzə çıxandan sonra isə biz bu iki amerikalı “göyərçinlərə” Qafqaz, türk milli-mənəvi dəyərlərimizə uyğun olaraq “qoşa qarıyasınız”, “bir yastıqda qocalasınız” tipli alqışları deyə bilməyəcəyik. Ancaq eyni zamanda, elə Türkiyənin məşhur müğənnisi Rafet el Romanın “Macera dolu Amerika” mahnısını da xatırlaya bilərik. Görün, üstümüzə kim gəlir..?!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB