Səfir: “Avropa İttifaqı heç vaxt ATƏT-in Minsk qrupuna qoşulmağa dəvət edilməyib”

Səfir: “Avropa İttifaqı heç vaxt ATƏT-in Minsk qrupuna qoşulmağa dəvət edilməyib”

"Avropa İttifaqı heç vaxt ATƏT-in Minsk qrupuna qoşulmağa dəvət edilməyib, lakin biz qrupun çərçivəsindən kənarda əlimizdən gələni etmək istəyirik". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fəaliyyətini tam dəstəkləyir. Qurumun "Yenilənmiş Avropa Qonşuluq Siyasəti\" məruzəsində ATƏT-in Minsk qrupun münaqişənin tənzimlənməsində fəallaşmasının qeyd edildiyini bildirən səfir vurğulayıb ki, Aİ uzunsürən münaqişələrin həllində iştirakını gücləndirməyə hazırdır: "Avropa İttifaqı hələ təmsil olunmadığı, məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu kimi formatlarda iştirakını fəallaşdırmağa hazır olmalıdır\".

Azərbaycan və Aİ-nin əməkdaşlığının müsbət aspektlərindən danışan Kobia qeyd edib ki, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar yüksək səviyyədə davam edir: "Bu, əsirlərin mübadiləsinə və Astana sammitində münaqişə tərəflərinin birgə bəyanat qəbul etməsinə imkan verib".

Bütün xəbərlər Facebook səhifəmizdə