Nizami rayon İcra Hakimiyyətində “Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib - TƏDBİR

Nizami rayon İcra Hakimiyyətində “Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib - TƏDBİR

Bu gün Nizami rayon İcra Hakimiyyətində "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, 20-dən çox kütləvi informasiya vasitələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun müxtəlif idarə və təşkilatlarında çalışan rəhbər şəxslər və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan Milli Mətbuatının yaranması, onun inkişaf yolu barədə məlumat verib. O, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısı, mətbuatın inkişafı ilə bağlı görülən işlər, KİV-in və jurnalistlərin müstəqilliyinə təminat verən qanunların qəbul edilməsi, bir çox qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının göstərilməsi barədə məlumat verib: "Azərbaycanın bugünki səviyyəyə gətirilməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən çox qətiyyətli addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişində sonra ölkədə müstəqil mətbuatın inkişafı üçün zəmin yaranıb. Belə ki, məhz ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda senzura lğv olunub və azad mətbuatın inkişafı üçün geniş imkanlar açılıb. Medianın dünyada baş verən proseslərdə önəmli rol malikdir və ölkəmizdə də mətbuatın inkişafı xüsusi diqqət və qayğı göstərilir. Bu gün də ümummilli lider Heydər Əliyevin ənənələri prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə həyata keçirilən bütün işlərin əhaliyə çatdırılmasında mətbuatın üzərinə çox böyük bir iş düşür. Bunun da mənbəyi, əsas istiqamətlərindən biri ölkə mövcud vasitəli internet vasitəsilə yaymaq və dünya ictimaiyyətinə çatdrmaqdan ibarətdir".

Tədbirin davamında çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfransın həsr olunduğu mövzunun mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. V.Səfərli qeyd edib ki, fond tərəfindən jurnalistlər üçün müxtəlif müsabiqələr, redaksiyalar üçün layihələr həyata keçirilir.

"Azərbaycan dövləti yaranmamışdan öncə də Azərbaycanda mətbuat olub. Bu gün Azərbaycanda ictimai təyin formalaşmasında mətbuatın böyük rolu var. Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ilk illərində müstəqil mətbuat formalaşmağa başlasa da həmin dövdrə müstəqil mətbuatın inkişafı üçün əngəllər mövcud idi. Həmin dövrdə də müstəqil mətbuat təsis etmək də çətin idi, çünki O zaman ölkədə Mətbuat Nazirliyi fəaliyyət göstərirdi və hər hansı qəzeti qeydiyyata almaq üçün bir çox bürokratik əngəllər yaranırdı. Bundan əlavə, mətbuatın üzərindən senzura da var idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə mətbuat üzərində senzura götürüldükdən sonra əsl müstəqil mətbuat formalaşmağa başlayıb", - deyə o əlavə edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə mətbuatın tarixi, keçdiyi yol və gördüyü işlər barədə ətraflı məlumat verib. O bildirib ki, hər bir xalqın həyatında milli mətbuat xüsusi rol oynayır: "1875-ci ildə nəşr edilən "Əkinçi" ölkədə mili mətbuatın əsasını qoydu, bu nəşr ilk dəfə kim olduğumuzu, harada yaşadığımız barədə ətraflı məlumat verdi. XIX əsrin sonlarında "Əkinçi" və ondan sonra yaranan bir çox qəzetlərdə azərbaycanlı olduğumuz gündəmə gəldi, torpaqlar Azərbaycan adlandırıldı. Azərbaycanda ictimaiyyətlə mətbuat bir-birinə sıx bağlıdır. Lakin Azərbaycanda hələ də informasiya almaq problemi mövcuddur. Bu problemin də qarşısı zamnala alınır. Bu gün Azərbaycanda yeni mətbuat, internet mətbuatı meydana gəlib. Bəzən fikirlər səsləndirilir ki, internet mediası yaxın gələcəkdə yazılı mətbuatın yoxluğuna səbəb olacaq. Amma mən belə düşünmürəm, çünki televiziya yarananda da belə söhbətlər mövcud idi. Ölkədə hər bir mətbuatın öz funksiyası var".

Sonra isə reket jurnalistikası barədə məlumat verən Ə.Amaşov qeyd edib ki, bu gün Azərbaycan mətbuatının müəyyən bir hissəsisni reket jurnalistlər təşkil edir. Şura sədrinin sözlərinə görə, onlar cəmiyyətin məlumatlandırmaq üçün deyil, öz şəxsi mənaefeləri naminə işləyir.

Tədbirin davamında çıxış edən millət vəkili Rasim Musəbəyov mətbuatla əlaqələrindən, medianın cəmiyyətdəki rolu barədə danışıb. O qeyd edib ki, media cəmiyyətin güzgüsüdür və ölkədə baş verən hadisələr olduğu kimi cəmiyyətə çatdırılır.

YAP-ın Nizami rayon Təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva isə media tarixinin çox qədim olduğunu söyləyib. O qeyd edib ki, əvvəllər insanlar yazıları sümük üzərində yazırdılar, indi isə media daha inkişaf edib. Onun sözlərinə görə, media dövlətlə insanlar arasında bir vasitədir: "Qloballaşan dünyada insanlar daima mətbuatla əlaqədə olur, bir çox informasiyalar əldə edir. Biz də çalışmalıyıq ki, həmin insanlara, cəmiyyətə düzgün, dəqiq və şəffaf informasiya təqdim edək".

Sonra tədbir qarşılıqlı fikir mübadiləsi formatında davam edib, redaktorlar konfransda iştirak edən gənclərin və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə