"Ermənistan Fransanın bacısıdır və bizim onu atmağa, sahibsiz qoymağa haqqımız yoxdur". SİA xəbər verir ki, Facebook səhifəsindəki bu yazını “Xalq Hərəkatı İttifaqı” Partiyasından Fransa Milli Məclisinin deputatı Valeri Buaye yazıb.
"Əlbəttə, Ermənistanın dövlət sərhəddində baş verənlərə görə və erməni məhbuslarının Azərbaycanda saxlanmasına qarşı Fransa hökumətini sərt müqavimət göstərməyə çağırmaq üçün bugünkü nümayişdə iştirak etdim", deyə deputat Valeri Buaye bildirib.
Xatırladaq ki, Ermənistanın təxribatlarına, terrorçuluq, separatçılıq meyillərinə və hərəkətlərinə görə səssiz qalan Fransa, eyni zamanda işğalçı ölkənin qanunsuz hərəkətlərini hər zaman dəstəkləyib və ədalətsiz, ikili yanaşma sərgiləyib. Bununla yanaşı Fransa Ermənistanın haqsız mövqeyini müdafiə etməkdə davam edir. Hətta, Valeri Buayenin timsalında səlahiyyətlilər, rəsmilər də bu tərəfkeşliyi, ikili yanaşmanı etiraf edirlər.
Görünür, Fransa prezidenti kimi digərləri də Ermənistanın tərəfini saxladıqlarını etiraf etməkdən nə çəkinmirlər, nə də utanmırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB