Azərbaycan vətəndaşları postmünaqişə dövründən nə gözləyir? "Etimad indeksi"nin sorğusu

Azərbaycan vətəndaşları postmünaqişə dövründən nə gözləyir? "Etimad indeksi"nin sorğusu

Azərbaycan əhalisinin 49,6%-i hesab edir ki, Azərbaycan və Türkiyə regionun taleyində mühüm və həlledici rol oynayırlar. SİA xəbər verir ki, “Etimad indeksi” Sosial araşdırmalar mərkəzinin beşinci nəşrində dərc etdiyi məlumatı "Caliber" analitik informasiya mərkəzi yayıb.

Sorğusu keçirilənlərin 45,8%-i Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını qeyd edirlər.

32,4% respondent isə regional əməkdaşlıq və inteqrasiyaya inandıqlarını bildirir.

41,7%-i Türkiyənin regiondakı mövcudluğunun artacağını hesab edir.

Sorğuda iştirak edənlərin 38,7%-i Rusiya, Türkiyə və Azərbaycan ittifaqının güclənəcəyini deyirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə