KTMT ölkələrinin XİN başçıları sərhəd problemini müzakirə ediblər - QEYRİ-RƏSMİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirlərinin dünən keçirilən iclasında Zəngəzur (Sünik) bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın tələbini müzakirə etdiklərini söyləyib. SİA-nın verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi mayın 12-də Azərbaycan silahlı qüvvələrinin Zəngəzur bölgəsinin sərhəd məntəqələrinin birində "sərhədlərin dəqiqləşdirilməsi" məqsədi ilə müəyyən işlər görməyə çalışdıqlarını bildirib. Eyni zamanda, nazirlikdən Azərbaycan hərbçiləri tərəfindən hansı konkret işlərin aparıldığı barədə dəqiq məlumat verilməyib.
Sərhəddə baş verən hadisə Rusiyanın xarici işlər naziri Lavrovla Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla görüşündə də müzakirə edilib.
"Dünən KTMT xarici işlər nazirlərinin işinə qeyri-rəsmi rejimdə başladıq", - deyə Lavrov Düşənbədə tacik həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
Əlavə edib ki, iclas zamanı erməni nazirin xahişi nəzərdən keçirilib: "Bu tələbə uyğun olaraq İrəvan və Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB