Ya çobanların yanında, ya da çobanların hakimiyyəti altında... ERMƏNİSTAN DİLEMMA QARŞISINDA
"Mənim pəncərəmdən, axşam saatlarında atəşfəşanlıq, səhər vaxtı da zurna-balabanla edilən bir toy görünürdü". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Alternativ Layihələr Qrupu”-nun nümayəndəsi Vaqe Ovannisyan söyləyib.
O, deyib ki, Ermənistan hazırda dilemma ilə üzləşib və çobanların əlində qalıb.
“Bu gün Ermənistanın iki simvolu var ki, bunlardan biri türkün qarşısında dayanıb səlahiyyətlilərə məlumat verən çobanlar, digəri də dövlət idarələrində oturub ölkəni viran qoyan çobanlardır.
Axşam saatlarında pəncərəmdən hava fişəngləri, səhərlər isə zurna-balabanla edilən toy görünür. Lavrov və Peskovun hər sözünü düzəldən Dvornikov, Muradov, 102-ci rus bazasını, hərəkətlərini yaxından izləyən insanların bu gün heç bir təsir gücü yoxdur, hələ də cəmiyyəti birləşdirə bilmirlər.
Seçimimiz heç bu qədər asan olmamışdı və indi iki yolumuz var, ya çobanların yanında, ya da çobanların hakimiyyəti altında olmalıyıq.
Bu, günümüzün erməni reallığıdır. Çobanların elektoratı, istər təhsil səviyyəsi aşağı olan dairələrdən, istər Yerevandakı dəbli kafelərdən, istərsə də Ermənistanın İctimai Televiziya Kanalının fasiləsiz efirindən, bədxassəli şiş kimi azaldılmalıdır ki, sonradan əməliyyat olunsun və çıxarılsın. Ona görə də bu istiqamətdə çalışmalıyıq”, deyə Vaqe Ovannisyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB