"Ermənistan hakimiyyəti xaincəsinə bütün imkanları məhv etdi" Sarkisyan
Sünik, İran üçün xarici bir sərhəddir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu politoloq Suren Sarkisyan öz "Facebook" səhifəsində yazıb.
“İran sərhəddə mövqeyini itirsə, tamamilə Türkiyədən asılı olduğu ortaya çıxacaq. İran da Qara dənizə və Avropaya Ermənistan və Gürcüstan üzərindən müstəqil giriş yolunu itirir.
Türkiyə üçün də Sünik, Böyük Turan layihəsini həyata keçirmək üçün bir fürsətdir. Bu, Türkiyənin İslam və Türk dünyasındakı təsirini əhəmiyyətli dərəcədə artıracaqdır. Türkiyə ABŞ və Çin kimi qlobal bir super gücə çevriləcəkdir.
Bundan əlavə, Orta Asiya ölkələrinin neft ehtiyatları Sünikdən keçəcəkdir, nəticədə Avropa bu zamana qədər olduğu kimi Rusiyadan asılı olmayacaq.
Bütün bunlarda erməni hakimiyyət orqanlarının xaincəsinə Ermənistanın özünümüdafiə təşəbbüsünün bütün imkanlarından istifadə etməməsi kədərlidir”, dedi Suren Sarkisyan öz sosial şəbəkə hesabında qeyd edib.
Xatırladaq ki, Ermənistanda hakimiyyətə qarşı etirazlar, ruh düşkünlüyü hökm sürür və ermənilər məğlubiyyəti həzm edə bilmirlər. Bir zaman işğal etdikləri və az qala 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqları əldən verdiklərinə görə günahkar axtarışında olanlar məhz Suren Sarkisyanın timsalında hakimiyyəti günahlandırırlar. Əslində, bir çoxları hələ də dərk etmək istəmirlər ki, məğlubiyyətləri, torpaqları əzəli və əbədi sahibinə qaytarmaları qaçılmaz olub və bununla barışmaq, düşmənçilikdən əl çəkib normal qonşuluq şəraitində yaşamaq ermənilər üçün ən doğru yoldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB