Böyük tarixi qələbənin təntənəsi – “Xarıbülbül” festivalı

Böyük tarixi qələbənin təntənəsi – “Xarıbülbül” festivalı

Prezidenit İlham Əliyev: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır”

Bəli, tarixi və tarixə düşən günlərimiz son 17 il ərzində çox olub. 2020-ci il 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev – “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdığı və 12-13 may 2021-ci il tarixi gündə dövlət başçımızın tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən musiqi festivalı. Bəli, 17 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

«Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar» deyərək reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Bəli, 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma “Dağlıq Qarabağ” probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində “Qarabağ Azəbaycandır və Qələbə NİDA”-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir. 2020-ci il noyabrın 8-də 28 ildən sonra Şuşanın azad olunması ilə bağlı Şəhidlər Xiyabanından Qalib Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa etdiyi müraciətə - “Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq! Şuşa azaddır, Şuşa bizimdir” xəbəri Azərbaycan xalqına verdiyi ən böyük müjdəsidir!

Növbəti ən böyük müjdə – “Xarıbülbüllər” festivalı

Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, 28 il həsrətində qaldığı “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vuruldusa, 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Buna səbəb xalqın öz liderinə, onun sözlərinə, vədlərinə inanması olub. Xalqın Şuşanın azad olunacağına inamı məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin dəfələrlə çıxışları və müsahibələri zamanı verdiyi vədlərlə daha da artıb. Elə bu inamla verilən vədlərin gerçəkləşməsi nəticəsində Şuşa öz azadlığına qovuşdu.

Qalib Sərkərdənin mənəviyyatımızın, qürurumuzun ucalığı olan Şuşaya 29 ildən sonra Qələbə səfəri

Bu səfər özünəgüvənlik bir səfərdir, bu tarixi ədalətin zəfəri, haqqın nahaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsinin səfəri idi. Bu səfər 1992-ci ildə satqınlığın və xəyanətin qurbanı olan 2020-ci il 8 noyabrda Şuşa həsrətinə son qoyulduğu, Şuşanın əsl sahibinə "Qələbə yolu" ilə qayıtdığı, "Xarıbülbül"ün yenidən öz doğma yurd həsrətinə son qoyulduğu, erməni vandallarının Şuşada 17 məhəllə, 16 məscidimizin, qəbir yerlərimizin necə dağıdılması ilə bağlı dünyaya Qalib Liderin tarixi mesajları idi.

"Xarıbülbül" musiqi festivalı - Azərbaycan xalqının milli birlik və həmrəyliyinin nümayişidir

Uzun müddətdən sonra Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi həm də Azərbaycan mədəniyyətinin işğaldan azad olunmasının, Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayişi, eyni zamanda, festival dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstəricisi idi.“Xarıbülbül” festivalının açılışında Prezident İlham Əliyev tarixdən də danışdı, dünyadakı proseslərə də toxundu, Azərbaycanın gələcəyə necə hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri necə gördüyünü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra, 2021-ci il may ayının 12-13-ü Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olundu.Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalının açılışında çıxışı zamanı bildirib ki, Şuşanın özünəməxsus aurası var: “Mən dünyada Şuşaya bənzər zamanı əhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.

“Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır”

Dövlətimizin başçısı deyib: “Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq”. Prezident İlham Əliyev qeyd edib ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil: “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq”.

Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir. «İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı”, - deyən Ali Baş Komandan çıxışının sonunda bildirdi, bəyan etdi ki, indi isə burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Bəli, həm də LƏYAQƏT bayramı! Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar, qayıtdılar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır. Və bundan sonra biz Şuşada əbədi yaşayacağıq. Dönüşün, dirçəlişin, yaşayışın, varlığın mübarək, Şuşa! Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”

Bəli, adını tariximizə, xalqın qəlbinə qızıl hərflərlə yazdırmağı bacarmış Ulu Öndərin qoruyub saxladığı, dirçəldib müstəqil ölkə kimi irəli daşıdığı Azərbaycan bu gün dünyada 21-ci əsrin müharibəsini aparan qalib dövlət kimi tanınır. Dahi Öndər Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı Onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi. “Xarıbülbül” festivalı bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə