Politoloq: “Dağlıq Qarabağ probleminin həll olunmamasının əsas səbəbi Qərb dövlətlərinin Azərbaycana olan marağıdır”- AÇIQLAMA

Politoloq: “Dağlıq Qarabağ probleminin həll olunmamasının əsas səbəbi Qərb dövlətlərinin Azərbaycana olan marağıdır”- AÇIQLAMA

"Ötən əsrin müvafiq dövrü ilə müqayisədə Azərbaycan yenə də Qərb dövlətlərinin iqtisadi maraq dairəsindədir. Azərbaycanın Dağlıq Qarabağ probleminin həll olunmamasının əsas səbəbi də məhz bu dövlətlərin ölkəmizə olan marağıdır". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev açıqlamasında deyib.

Azərbaycanın "Qoşulmamaq hərəkatı"na qoşulmasını kifayət qədər uğurlu və ağıllı addım adlandıran politoloq bildirib ki, Azərbaycanın həmin sazişə imzalamağa getməsi artıq bir mənalı şəkildə istər Qərb dövlətlərinin, istərsə də digər blokları ən azı narahat edəcək.

Onun sözlərinə görə, 135 ölkənin, dünya əhalisinin hardasa 65 faizinin təmsil olunduğu sazişə qoşulduqdan sonra Azərbaycanın ərazi bütövülüyü BMT çərçivəsində bitərəf, neytral dövlət kimi mütləq bərpa olunmalıdır.

"Bunu Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həll etməyin ilkin mərhələsi kimi qiymətləndirmək olar. Ondan başqa Azərbaycanın ikinci bir uğurlu addımı \"Nabucco\" layihəsinə hələlik \"hə\" deməməsidir. \"Hə\" deməmək Qərb dövlətlərini düşünməyə vadar edəcək. Mən inanıram ki, prezident İlham Əliyev bu addımı atacaq. Çünki MDB məkanında yeganə professional diplomat Azərbaycan prezidentidir. Onun təkcə vəzifəsi deyil, peşəsi diplomatiyadır. Azərbaycanın dövlət maraqlarını dəfələrlə öz dövlət kürsüsundən üstün tutduğuna görə inanıram ki, Azərbaycanın ərazi bütövlüyü məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa olunacaq. Ayrı variant görmürəm, çünki alternativ yoxdur",- deyə C. Nuriyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə