Ermənistan regional turizm paketlərinə Azərbaycanın da adını daxil edib
Ermənistan Turist Agentlikləri İttifaqı turistlərə regional turizm paketlərinə Azərbaycanın da adını daxil ediblər. SİA-nın "News.am" saytına istinadən verdiyi xəbərə görə, İttifaqın sədr müavini Yeqişe Tanaşyan bildirib ki, turistlər paketlərə maraq göstərir və Ermənistan regional turizmin inkişafına çalışmalı, Bunun üçün Gürcüstan, Azərbaycan, Türkiyə və Rusiya ilə əməkdaşlıq etməlidir.
"Bu, turizmin gələcəyidir", - deyə Ermənistan Turist Agentlikləri İttifaqının sədr müavini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB