Ermənilərə bağlı olan amerikalı senator və konqresmenlər, administrasiya yetkililəri bu məqsədlərinə nail olmaq üçün istənilən vasitələrlə istənilən olayları qərəzlə istifadə edəcəklər
Soros fonduna bağlı olan erməni diasporunun pulları, təsirəri və son prezident seçkiərində törətdikləri genişmiqyaslı saxtakarlıqlar hesabına hakimiyyətə gələn demokratlar sanki Azərbaycana qarşı açıq-aşkar təzyiq tədbirlərinə başlayıblar. Məqsəd Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəman övladlarının canları və qanları bahasına qaytardığı torpaqlar üzərində yenidən ermənilərin nəzarətinin bərpa etmək marağıdır. Söz yox ki, ermənilərə bağlı olan amerikalı senator və konqresmenlər, administrasiya yetkililəri bu məqsədlərinə nail olmaq üçün istənilən vasitələrlə istənilən olayları qərəzlə istifadə edəcəklər.
Digər tərəfdən, Şuşada illər sonra ilk dəfə bayram namazının qılınması, Xarıbülbül festivalın keçirilməsi və möhtəşəm bayram atəşfəşanlığı nə ermənilər, nə də onların havadarları həzm edə bilməzdilər. Nəticədə onlar Azərbaycana qarşı yenədə qondarma ittihamlarla genişmiqyaslı diplomatik hücuma keçdilər – bu dəfə saxta Ermənistanın, əslində isə Qərbi Azərbaycanın tarixi torpaqlarında, Zəngəzurda sərhədlərin delimitasiyası, eləcə də demarkasiyası fonunda...
Fransanın, Kanadanın ABŞ qarışıq heç bir təsiri olmayan “tələblər”, “bəyanatlar” səsləndirmələri kənardan çox süni, məntiqsiz, lakin eyni zamanda təhlükəli görünməkdədir
Azərbaycan tərəfinin üçtərəfli bəyanata əsasən üzərinə düşən bütün öhdəlikləri səbrlə, təmkinlə icra etməsinə rəğmən, erməni tərəfinin sərhədlərin texniki zolağının dəqiqləşdirilməsi məsələsində bir neçə gündür ki, hay-haray qaldırmaları və bu hay-haray fonunda bir sıra Qərb ölkələrinin, xüsusilə Fransanın, Kanadanın ABŞ qarışıq heç bir təsiri olmayan “tələblər”, “bəyanatlar” səsləndirmələri kənardan çox süni, məntiqsiz, lakin eyni zamanda təhlükəli görünməkdədir. Gah Kanada parlamentinin rəsmisinin, gah Fransa prezidenti Makronun sözün əsl mənasında erməni həyasızlığına hay vermələri onların onsuz da düşük reytinqlərini daha da aşağı salır, üstəlik bu məsələdə Azərbaycanın daxili işlərinə qarışmaq kimi məsələ daha çox görünməyə başlayır. 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları və insanlarımızın yurd-yuvalarından məhrum qalmaları məhz bu ölkələri heç vaxt maraqlandırmayıb. İndi isə Azərbaycan öz tarixi torpaqlarını qalib ölkə olaraq bərpa edirsə, sərhədlərini müəyyənləşdirirsə bu məsələdə ABŞ-ın, eyni zamanda digər bəlli ölkələrin özlərinə əl qatmaları sadəcə uğursuz teatr tamaşasını xatırladır. Atalarımızın gözəl bir misalı var - Bəhanəçiliyə bəhanə əksik olmaz. Və bu dəfə bəhanə kimi guya Azərbaycanın saxta Ermənistanın “ərazisi” istiqamətində irəliləməsi olub ki, bu da heç bir halda Azərbaycan hökumətinin planına daxil deyildir və ölkə başçısı bunu dəfələrlə bəyan edib. Amma görünür ki, ermənilərin bu təxribatları çoxdan və əsaslı şəkildə hazırlanırdı.
“Erməni dostları klubunun”, yaxud islamofob, türkofob “xristian ailəsinin” bütün üzvləri sözün əsil mənasında şivən qaldırdılar
Xatırlayırsınızsa, bir müddət əvvəl həmin ərazilərə yaxın yerlərdən birində erməni zabitinin Azərbaycan zabit və əsgərlərinə qarşı təxribat törətmək cəhdlərini sübut edən video yayılmışdı. Lakin Azərbaycan zabiti inamla, təmkinlə və hətta zarafatlarla bu təxribatın qarşısını alır, erməni zabitinə uşaq bağçasının yetirməsi kimi davranmamasını deyir.
Amma bu dəfə video olmadı və ermənilərin əlinə bəhanə düşdü. Baş verənləri isə bilərəkdən təhrif edərək , “erməni dostları klubunun”, yaxud islamofob, türkofob “xristian ailəsinin” bütün üzvləri sözün əsil mənasında şivən qaldırdılar. Məsələn, müharibə zamanı ermənilərə dəstək sahəsində heç nə əldə edə bilmədiyinə görə ağlını təmiz itirmiş Fransa prezidenti Makron hətta erməni dilində (?!) post paylaşıb və Yelisey sarayı Azərbaycan silahlı qüvvələrin dərhal Ermənistan ərazisindən çıxarılmasını tələb edən sənəd də yayıb. Lakin bizlər bugünə qədər heç vaxt xatırlamamışıq ki, ölkəsinin ATƏT-in Minsk qrupunun üzvü olduğu halda, Makron Azərbaycan dilində də belə bir post paylaşsın, ermənilərin Azərbaycan torpaqlarından çıxmasını tələb etsin və s.
Menendez “Bu hadisələr Azərbaycan üçün çox ciddi fəsadlarla nəticələnəcək ”, deyə vay-şivən qoparır, Filip Riker isə Ermənistan XİN-nə zəng edir
Amma ən əsas qərəzlər həmişəki kimi ABŞ-dan gəldi! Belə ki, ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən və Amerikanın diplomatik dairələrdə qeyri-adekvat diplomat kimi tanınan Filip Riker Ermənistanın XİN rəhbəri Ara Ayvazyana zəng edərək dəstək nümayiş etdirir.
Hamıdan artıq canfəşanlıq isə yenə də yaxşı tanıdığımız ABŞ senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezedir. O, bəhs etdiyimiz olayla bağlı həyasızlığın bütün rənglərini özündə birləşdirən bəyanatla çıxış edib. Sən demə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi “aqressiyaymış”, üstəlik “məzlum”, “əzabkeş”, “dərdli” erməni xalqı bununla davamlı (???!!!) olaraq üzləşirmiş! Hələ bu harasıdır? Menendez bir az da irəliyə gedərək, Azərbaycana qarşı təhdid dili ilə də danışmaq qədər HƏYASIZLIĞA (!!!) yol verir. “Bu hadisələr Azərbaycan üçün çox ciddi fəsadlarla nəticələnəcək ”, deyə o vay-şivən qoparır.
ABŞ xarici siyasətini formalaşdıran qurumun rəhbəri bəyanatında o dərəcədə azğınlaşıb ki, istər bizim ölkə rəhbərliyimizə, istər Türkiyəyə vəə eləcə də Rusiya rəhbərliyinə qarşı da dil uzadıb, gerçək erməniçilik prizmasını sərgiləyib, Bayden hökumətini Azərbaycana qarşı ciddi addımlar atmağa səsəyib.
Nə demək olar? Əslində bunların heç də sürpriz olacağını da deyə bilmərik. Belə ki, ABŞ-da saxtakar demokratlar hakimiyyətə gələndən Ağ evdə antitürk və antiazərbaycan ritorikası cərəyan edir, bu məsələnin gözünə Rusiya da qatılır və bu ölkələr ABŞ siyasi dairələrinin bu kimi həyasızlıq addımlarına sərt cavab verməyənədək bənzər olaylar davam edəcək.
Ən azından, ABŞ-ın hüquqi qeyri-kommersiya rezidentləri ölkədən dərhal çıxarılmadır ki, qarşı tərəf nə qədər yanlış mövqedə dayanmasının fərqinə varsın
Eyni zamanda, qondarma genosidi tanımaqla demokratlar bizim ölkələri sınadılar və çox təəssüf ki indi daha da üstümüzə gelməyə qərar verdilər. Lakin bunların heç bir fayda verməyəcəyini də bəri başdan demək olar. Baxmayaraq ki, bənzər hadisələrin yenidən yaşanmayacağını istisna etmək olmaz.
Məsələn, Blinkenin bir zəngi ilə hesab etdik ki, məsələ bağlandı. Amma baxın, bizdə hələ də ABŞ-a “strateji tərəfdaş” deyənlər var, ABŞ səfirliyi ilə birgə tədbirlər keçirənlər də olur ara-sırada... Yaxşı, bəs ABŞ Azərbaycana qarşı daha hansı qərəzli addımlar atmalıdır ki, biz də nəhayət başa düşək ki, indiki ABŞ administrasiyası bizə nə dost nə tərəfdaş olmayacaqdır. İndiki administrasiya istənilər rıçaqlardan yalnız Azərbaycanın maraqlarına zərbə endirməktən ötrü istifadə edəcəkdir. Məsələyə daha izahlı şəkildə yanaşaq – Tramp administrasiyası ilə Bayden administrasiyasını müqayisə edək və nəticə çıxaraq...
Əslində ABŞ-ın həm administrasiyası, həm də ali qanunverici orqan tərəfindən Azərbaycana qarşı atılan bu addımlar artıq aqqressiya xarakteri daşıyır və adekvat qaydada da cavablandlrılmalıdr. Ən azından, ABŞ-ın hüquqi qeyri-kommersiya rezidentləri ölkədən dərhal çıxarılmadır ki, qarşı tərəf nə qədər yanlış mövqedə dayanmasının fərqinə varsın. Yəni bu gün Ermənistanın təxribatçı hay-küylərinin davam etdirilməməsi, bəlli dairələrin də bu hay-küyə dsətək verilməməsi üçün artıq qəti addımların atılmasının tam zamanıdır!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB