Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub

Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 10.10-dan 10.25-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.25-dən 13.20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.10-dan 15.15-dək, 22.20-dən 22.40-dək, 22.40-dan 23.00-dək və 22.40-dan 22.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com