Azərbaycanın Kanadadakı səfiri yerli radioda yayımlanan proqramın qonağı olub
Azərbaycanın Kanadadakı Fövqəladə və Səlahiyyətli səfiri Fərid Şəfiyev beynəlxalq mədəniyyət məsələlərindən bəhs edən Ottava 97.9 FM CHİN radiosunun efirində yayımlanan 1 saatlıq proqramda qonaq olub. Azərbaycanın Kanadadakı səfirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycana həsr edilmiş proqramda çıxış edən səfir F.Şəfiyev Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxi və s. haqqında radio dinləyicilərinə ətraflı məlumat verib. Səfir həmçinin Azərbaycanda etnik və dini tolerantlıq haqqında söhbət açmış, dinləyiciləri ölkəmizin həyatının müxtəlif sahələri ilə tanış edib.
Proqram ərzində Azərbaycan musiqisindən parçalar səsləndirilib. Belə ki, radio proqramın əvvəlində "Qarabağ şikəstəsi" səsləndirilmiş və sonra Q.Qarayevin müəllifi olduğu "Vals" musiqi parçası dinləyicilərə təqdim edilib. Proqramın sonunda Azərbaycanın "Eurovision" musiqi müsabiqəsində qələbəsi haqqında söhbət açılmış və "Running scared" musiqi parçası ilə proqram yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB