Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO PA-nın yaz sessiyasında iştirak edəcək

Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO PA-nın yaz sessiyasında iştirak edəcək

Mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Sessiyada Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Məlahət İbrahimqızı, və Qüdrət Həsənquliyev daxildirlər.

Sessiyanın iclaslarında informasiya və milli təhlükəsizlik, Ukraynada daxili dinamika və xarici siyasətin prioritetləri, Əfqanıstanda idarəetmə problemləri, raket əleyhinə müdafiə, Çinin tərəqqisi və bunun NATO üçün mümkün nəticələri, bioloji və kimyəvi təhdidlərə qarşı müqavimət göstərilməsi, sənayenin su təhlükəsizliyinə təsiri və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Bundan başqa, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə