Tbilisidə Ulu Öndərə həsr olunmuş sərgi açılıb - FOTO

Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş sərgi açılıb. SİA xəbər verir ki, sərgidə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolar nümayiş etdirilir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri sərgini ziyarət ediblər.

Qeyd edək ki, gün ərzində xeyli sayda insan sərgiyə gəlib Ulu Öndərin fotolarını maraqla seyr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə