Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham ƏliyevGürcüstan Prezidenti Mixail Saakaşvilini təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: \"Ölkənizin milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Bu gün həmin ənənələr yeni məzmunla zənginləşərək xalqlarımızın iradəsini bariz şəkildə əks etdirməkdədir.

Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də regional təşkilatlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik\".

İlham Əliyev Mixail Saakaşviliyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Gürcüstan xalqına sülh və firavanlıq arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə